Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:21

Enn Ders: «Müstəqil araşdırma və şərhlərə cəmiyyətin ehtiyacı var»


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders deyir ki, jurnalistikada müstəqil araşdırma və şərhlərə cəmiyyətin ehtiyacı var.


Enn Ders yanvarın 31-də Amerika-Azərbaycan Təhsil Mərkəzində ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə jurnalistlər üçün keçirilmiş kursun məzunları qarşısında çıxış edib.


Bu kursun məqsədi Azərbaycanda jurnalistikanın inkişafına yardımdır. İştirakçılar müxtəlif sahələrə dair araşdırma və reportajlar hazırlayıblar. Səfir onlara sertifikat təqdim edib.


Enn Ders deyir ki, peşəkar və tam müstəqil mətbuat vətəndaşların öz hökumətləri haqqında azad məlumat əldə etməsini təmin edir: «Beləcə hökuməti ictimaiyyət qarşısında məsuliyyətli saxlayır. Buna görə də yüksək peşəkarlıq və etik standartlara sadiqlik jurnalistlər üçün önəmlidir».


XS
SM
MD
LG