Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

«Reklam bazarının yaxşılaşdırılması medianın iqtisadi azadlığını genişləndirəcək»


«Tezliklə mətbuata dövlət səviyyəsində hərtərəfli yardım ayrılacaq». Bunu «Azadlıq» radiosuna Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev bildirib.


Onun sözlərinə görə, prezidentin imzalayacağı mətbuatın inkişafı konsepsiyası və fəaliyyət planı KİV-ə bir sıra güzəştlər edilməsini nəzərdə tutacaq:


«Söhbət müəyyən güzəştlərdən, o cümlədən informasiya əldə etmək sahəsində daha əlverişli mühitin yaradılmasından, mətbuat üçün reklam bazarının yaxşılaşdırılması - reklamın bölüşdürülməsindən gedə bilər. Burada kompleks tədbirlər əksini tapacaq».


Nazir İsayev deyir ki, dövlətin imkanları artdıqca bu, özünü media ilə münasibətlərdə göstərməlidir.


Prezident Aparatının rəsmisi ümid edib ki, reklam bazarının yaxşılaşdırılması medianın iqtisadi azadlığını genişləndirəcək.


XS
SM
MD
LG