Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:18

«Ötən il işgəncədən dörd nəfər ölüb»


«Hesabatdakı faktları dövlət araşdırmalıdır»
«Hesabatdakı faktları dövlət araşdırmalıdır»

2007-ci ildə Azərbaycanda dörd nəfər işgəncədən vəfat edib, 63 nəfər isə işgəncəyə məruz qalıb. İşgəncələr Əleyhinə Komitənin 2007-ci il üçün illik hesabatında belə deyilir. Komitənin sədri Elçin Behbudov «Azadlıq» radiosuna bildirir ki, işgəncələrdən vəfat etmə hallarından üçü orduda, biri isə Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama məntəqəsində baş verib: «Biz hesabatdakı rəqəmləri havadan götürmürük, özümüzdən hazırlamırıq. Bizə müraciət edən valideynlər, işgəncəyə məruz qalmış adamlar, vəkillər bildirirlər. Beynəlxalq qanunvericiliyə görə, həmin hesabatdakı faktları dövlət araşdırmalıdır».


E.Behbudov deyir ki, hesabatda cəzaçəkmə və güc strukturlarının saxlama yerlərində apardığı monitorinqlərin nəticələri də əks olunub.


Ancaq Müdafiə və Daxili İşlər nazirliklərindən hesabatda göstərilənləri təkzib etdilər.


Azərbaycanda işgəncə hallarının olması beynəlxalq hüquq-müdafiə təşkilatlarının illik hesabatlarında da əks olunur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG