Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:52

Rəsulzadəni xatırlayan gəncləri polis saxlayıb


«Dalğa» Gənclər Hərəkatının 14 fəalını polis saxlayıb. 31 yanvar 2008

«Dalğa» Gənclər Hərəkatının 14 fəalını polis saxlayıb. 31 yanvar 2008

«Dalğa» Gənclər Təşkilatının üzvləri məhkəmədə xəbərdarlıq aldıqdan sonra sərbəst buraxılıblar.


Onlara xəbərdarlıq edilib ki, bir il ərzində aksiya keçirməsinlər. Keçirərlərsə, ya həbs olunacaqlar, ya da cərimə ediləcəklər.


Bu barədə «Azadlıq» radiosuna təşkilatın üzvü Ramin Hacılı məlumat verib.


***


Axşam saatlarında «Dalğa» Gənclər Hərəkatının metronun «Sahil» stansiyasından çıxarkən həbs olunmuş üç fəalı sərbəst buraxılıb. 9-cu polis bölməsinə aparılan 11 nəfərinin işi isə məhkəməyə göndərilib.


***


Yanvarın 31-də «Dalğa» Gənclər Hərəkatının üç fəalını metronun «Sahil» stansiyasından çıxarkən polis saxlayıb. Saxlanmanın səbəbi izah edilməyib. Onları 39-cu polis bölməsinə aparıblar. Saxlananlardan biri Ramil Hacılı polis bölməsindən «Azadlıq» radiosuna bildirib ki, onlardan izahat alıblar:


«Burda bizdən izahat alınır, şəxsiyyət vəsiqəmizi tələb edirlər. Hələ burdayıq…»


***
«Dalğa» Gənclər Hərəkatı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər. Onlar Kukla Teatrının qarşısında ucaldılacaq heykəlinin yerinə gül qoyublar.


Həmin ərazidəki parkda Rəsulzadəyə heykəl ucaldılacağını bildirən daş lövhə var idi. Bakı meriyası onu götürüb yerində isə fontan quraşdırıb.


Gənclər aksiya keçirəndən sonra onlardan 11 nəfərini 9-cu polis bölməsinə aparıblar. Həmin bölmədən «Dalğa»nın sədr əvəzi Araz Qasımov bunları deyib:


«Biz Məmməd Əmin Rəsulzadənin xatirəsini yaşatmaq üçün oraya insan qismində heykəl qoyduq və heykəlin qabağına güllər düzməyə başladıq. Polis müdaxilə etdi. Bizi taksilərə oturdub bölməyə gətirdilər. Bizə protokol yazdırmaq istədilər, ancaq qanun pozuntusu olmadığı üçün biz bundan imtina etdik, dinc aksiya keçirmişdik, gül qoymuşduq».


Günün bütün mövzuları

XS
SM
MD
LG