Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Türkiyədə yol qəzasında 7 Azərbaycan vətəndaşı xəsarət alıb


Qəza nəticəsində 35 nəfər yaralanıb, onlardan 7-si Azərbaycan vətəndaşıdır

Qəza nəticəsində 35 nəfər yaralanıb, onlardan 7-si Azərbaycan vətəndaşıdır

Türkiyənin İstanbul-İqdır yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xeyli insan xəsarət alıb. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranın APA-ya verdiyi məlumata görə, qəza zamanı xəsarət alanlardan 7-si Azərbaycan vətəndaşıdır:


«Azərbaycan vətəndaşları yüngül xəsarət alıblar. Onlara ilk tibbi yardım göstərilib, vəziyyətləri normal olduğundan artıq Naxçıvana yola salınıblar».


İstanbuldan İqdıra gedən sərnişin avtobusu yolun buz bağlaması səbəbindən sürüşərək yoldan çıxıb və 25 metr dərinliyində dərəyə aşıb. Qəza nəticəsində 35 nəfər yaralanıb, onlardan 7-si Azərbaycan vətəndaşıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG