Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

İranın qadın jurnalı qadağan edildi


«Zənan» jurnalı İranda qadınlara qarşı təzyiqlər barədə məqalələr dərc edirdi

«Zənan» jurnalı İranda qadınlara qarşı təzyiqlər barədə məqalələr dərc edirdi

İranın Mədəniyyət Nazirliyi İrşad-e İslami və ölkənin Mətbuata Nəzarət Heyəti yanvarın 28-də verdikləri rəsmi qərarla «Zənan» (Qadınlar) jurnalının fəaliyyətinə son qoyublar.


Bu haqda dərc edilən rəsmi sənədlərə əsasən «Zənan» jurnalı «ictimaiyyətdə psixi təhlükə törətdiyinə görə» qapadılıb.


İranın bir çox qadın təşkilatlarının yaydığı məlumatda isə bildirilir ki, 16 ildən bəri nəşr edilən bu jurnal İran qadınlarının vəziyyətinin ağır vəziyyətdə olduğunu göstərdiyinə görə yasaq edilib.


«Zənan» jurnalı ümumiyyətlə İranda qadınlara qarşı ictimai məhdudiyyət və təzyiqlər barədə məqalələr dərc edirdi.


Bundan əvvəl də İranın bir çox sərt xətt tərəfdarı siyasətçi və mühafizəkarlar çıxışlarında «Zənan»i tərbiyəsizlikdə ittiham edərək, redaksiya heyəti və yazarlarını məhkəməyə vermişdilər. Lakin, jurnalın qapadılmasına nail ola bilməmişdilər.


«Zənan» jurnalı İranın islam qanunlarını tənqid edən məqalələrində bu kimi qanunlara əsaslanan hökmlərin qadın haqlarını pozmasına etiraz edirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG