Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59

Avtobus sürücüləri tətil ediblər


Cərimə meydançasında saxlanılan avtobuslar, 30 yanvar 2008

Cərimə meydançasında saxlanılan avtobuslar, 30 yanvar 2008

Yanvarın 30-da paytaxtın 7, 9-cu mikrorayon, Nardaran, Bilgəh, Maştağa, Əhmədli və digər ərazilərində şəhərdaxili avtobusların sürücüləri işə çıxmayıblar.


«ANS»in verdiyi məlumata görə, 271, 189, 218, 53 nömrəli və digər avtobus və marşrut sürücüləri yanvarın 30-da işə çıxmayıblar. Sürücülərin etirazına səbəb isə dediklərinə görə, Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtobuslarının cərimə meydançalarına aparılmasıdır. Ərazidə yalnız iritutumlu bir neçə avtobus fəaliyyətini dayandırmayıb.


Nardaranda fəaliyyət göstərən yeganə 89 nömrəli avtobusun sürücüləri də yanvarın 30-u işə çıxmayıblar. Sürücülər bildiriblər ki, son 10 gündə avtobusda ayaqüstə sərnişin daşıdıqlarına və avtobusun çirkli olduğuna görə, Yol Polisi tərəfindən tez-tez saxlanılırlar. Buna görə də etiraz əlaməti olaraq fəaliyyətlərini dayandırıblar. Verilən məlumata görə, Bilgəh və Maştağa ərazilərində də vəziyyət eynidir.


Son günlər Dövlət Yol Polisi oturacaq yerlərindən artıq sərnişin daşıyan sürücülərə qarşı tədbirləri sərtləşdirib. Bunun nəticəsində çoxlu sayda sürücü cərimələnib.


Günün bütün mövzuları

XS
SM
MD
LG