Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

Rusiya Qəbələ RLS-dən imtina edə bilərmi?


Qəbələ RLS-in gələcəyi ilə bağlı ancaq mülahizələr söyləmək olar

Qəbələ RLS-in gələcəyi ilə bağlı ancaq mülahizələr söyləmək olar

Bu yaxınlarda siyasi və hərbi analitiklər üçün böyük maraq kəsb edən bir informasiya səsləndirildi. Bəzi elektron informasiya vasitələri Rusiyanın hərbi mənbələrinə istinadən belə xəbər yaydılar ki, bu ölkə keçmiş SSRİ ərazisindəki RLS-lərdən imtina edəcək. Mənbə bunu belə əsaslandırırdı ki, hazırda Rusiyanın ərazisində yeni RLS-lər inşa edilir, elə bu səbəbdən də köhnələrə ehtiyac duyulmur.


Məsələyə aydınlıq gətirən rəsmi Azərbaycan mənbələri isə belə bir məlumat yaydılar ki, hələlik Rusiyadan Qəbələ RLS-i ilə bağlı hər hansı fikir və təklif səsləndirilməyib və Rusiyanın Qəbələ RLS-dən imtina etmək fikri olsaydı bunu rəsmi şəkildə Azərbaycanın müvafiq orqanlarına bildirərdi. Beləcə, məsələ ətrafında aydınlıq yarandı. Amma bu məsələ o qədər maraq kəsb edir ki, yerli müşahidəçilər onu təhlil etməkdə davam edirlər. Ən azı ona görə ki, yaxın illərdə RLS-dən istifadə müddətinin uzadılması məsələsi gündəliyə gələcək.


Üstəlik, Qəbələ RLS-nin dünya siyasətinin predmetinə çevrilməsindən çox az müddət keçib. Xatırladaq ki, ötən il Rusiya prezidenti V.Putin ABŞ-a bu obyektdən birgə istifadə etməyi təklif etmişdi. Bu təklifin nəticəsində qısa müddət ərzində Qəbələ RLS-i məşhur bir obyektə çevrildi. Amma ABŞ-ı bu obyektdən istifadə etməkdən imtina etməyə vadar edən səbəblər Rusiyanın özünü də bu addımı atmağa vadar edə bilər. O vaxt ABŞ-ın dövlət rəsmiləri bildirmişdilər ki, obyekt analitik mərkəzdir və müvafiq müdafiə qurğuları ilə təchiz olunmayıb. Ola bilsin ki, bu detal Rusiyanın özünü də düşündürür.



Obyekti istismar edən mütəxəssislərin fikri budur ki, RLS-in həndəsi konfiqurasiyası elədir ki, ətraf mühiti şüalandırmır. Amma bu fikirlə razılaşmayanlar da var. Digər arqument isə bundan ibarətdir ki, obyekt əksər hallarda tam gücü ilə istismar edilmir. Bunlar təbii ki, ekologiya ilə bağlı detalların heç də hamısı deyil

Elə bu səbəbdən Rusiya onu öz ərazisində inşa edilmiş müasir qurğularla əvəz etmək fikrinə düşə bilər. Burada həm də siyasi amillər də rol oynaya bilər. Rusiya üçün təbii ki, öz ərazisi daha etibarlıdır. Bir vaxtlar məhz belə mülahizələr nəticəsində Rusiya kosmik uçuşlar üçün nəzərdə tutulan obyektləri də öz ərazisinə köçürmüşdü.


İndi məsələnin siyasi tərəfləri digərlərindən çox önəm kəsb edir. Məsələ bundadır ki, bu obyektin istismarı Azərbaycan – Rusiya münasibətlərinə təsir etmək iqtidarında deyil. Azərbaycan xoş məram nümayiş etdirərək onu Rusiyaya istismar üçün icarəyə verib. Bundan sonra söz Rusiyanındır.O, icarə müddətini artıra da bilər, azalda da. İndi bölgənin özündə də bir geosiyasi mülayimləşmə tendensiyası hiss edilir. Azərbaycan – Rusiya münasibətləri əvvəldən normal idi. Bir qədər Gürcüstanla Rusiya arasında problemlər var idi. Amma Gürcüstan prezidenti Mixail Saakaşvili bu günlərdə maraqlı bəyanatla çıxış etdi. O, bildirdi ki, onun hakimiyyətinin əvvəlki müddətində ən böyük uğursuzluq Rusiya ilə münasibətlərin korlanmasıdır. Bu, çox səmimi siyasi etiraf idi və çox güman ki, Rusiyanın siyasi dairələrinə təsirsiz ötüşməyəcək. Qeyd edək ki, Gürcüstan – Rusiya münasibətləri normallaşacağı təqdirdə yeni fazaya qədəm qoyacaq və təbii ki, bu, bölgədəki geosiyasi proseslərə də təsir edəcək.


Qəbələ RLS-nə gəldikdə isə onun gələcəyi ilə bağlı ancaq mülahizələr söyləmək olar. Rusiyanın bu obyektdən imtina edəcəyi təqdirdə bir neçə variant reallaşa bilər. Ekspertlərin fikrincə, Azərbaycan üçün bu obyekt elə bir hərbi maraq kəsb etmir, ondan ancaq elmi işlər üçün istifadə etmək olar. Məlumdur ki, RLS atmosferin yuxarı qatlarını tədqiq etmək üçün gözəl qurğudur. Amma burada iki problem var. Birincisi, obyektin istismarı böyük enerji məsrəfləri tələb edir. Bundan başqa, obyekt işləyərkən ekoloji problemlər yaradır. Düzdür, onun yaratdığı ekoloji problemlərlə bağlı birmənalı və yekdil rəy yoxdur, baxmayaraq ki, bu məqsədlə bir neçə dəfə komissiyalar yaradılıb.


Mütəxəssislər müxtəlif fikirlər söyləyirlər. Obyekti istismar edən mütəxəssislərin fikri budur ki, onun həndəsi konfiqurasiyası elədir ki, ətraf mühiti şüalandırmır. Amma bu fikirlə razılaşmayanlar da var. Digər arqument isə bundan ibarətdir ki, obyekt əksər hallarda tam gücü ilə istismar edilmir. Bunlar təbii ki, ekologiya ilə bağlı detalların heç də hamısı deyil.


Beləliklə, Rusiyanın hələ ki bu obyektin istismarından imtina etmək fikri yoxdur. Elə bu səbəbdən də obyektin gələcəyi ilə bağlı fikirlər ancaq mülahizə xarakteri daşıya bilər, mülahizələr isə sadəcə ehtimaldır, hər şeyi gələcəyin özü göstərəcək.


XS
SM
MD
LG