Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:18

Müxalifətin böyük sammiti keçirilə bilər


«Müxalifətin inteqrasiyası üçün düşərgənin böyük sammitinin keçirilməsi zərurəti yaranıb»

«Müxalifətin inteqrasiyası üçün düşərgənin böyük sammitinin keçirilməsi zərurəti yaranıb»

Seçkilər yaxınlaşdıqca müxalifətin problemlərinin, xüsusən də vahid mövqedən çıxış edə bilməmək probleminin necə aradan qaldırılması məsələsi aktuallaşır. Bir sıra ekspertlərin fikrincə, vəziyyətin müsbətə doğru dəyişməsi, müxalifətin inteqrasiyası üçün düşərgənin böyük sammitinin keçirilməsi zərurəti yaranıb. Bu barədə «Yeni Müsavat» yazıb.


Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu birgə toplantıların keçirilməsinin tərəfdarı olduqlarını bildirib: «Yəqin ki, seçkilər yaxınlaşdıqca belə sammitlər keçiriləcək. Amma əvvəlcə sammitin məqsədləri dəqiq məlum olmalıdır. Bundan sonra güman edirəm ki, sammitin keçirilməsi istiqamətində real addımlar atıla bilər».


AXCP sədrinin müavini Həsən Kərimov seçkilərə qədər müxalifətin böyük sammitinin keçirilməsini vacib hesab edir: «Müxalifətin seçkiöncəsi vahid mövqedən çıxış etməsinə nail olmağın yollarından biri bu ola bilər. Sammitin keçirilməsi üçün əvvəlcə mövzu müəyyənləşdirilməlidir. Mənə belə gəlir ki, seçki qanunvericiliyinin dəyişdirilməsi və prezident seçkisində iştirak edib-etməmək məsələsi müzakirə mövzusu ola bilər. Çünki indiki dövrdə ən aktual məsələ bunlardır».


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi «YAP-ın gəncləri» layihəsi çərçivəsində «Bazar günü» klubunun məşğələlərini 2008-ci ildə də uğurla davam etdirir. Bu barədə hakim partiyaya yaxın mətbuat orqanı «Səs» yazıb.


Layihəyə əsasən partiya üzvü olan tələbə-gənclər respublikanın ayrı-ayrı bölgələrinə səfərlər edir, yerli təşkilatlarda fəallar və ictimaiyyət nümayəndələri ilə görüşür, gənclərin problemlərinə və qarşıda duran vəzifələrə həsr edilmiş dəyirmi masalar təşkil edirlər.


«Ayna» yazır ki, «Güney Azərbaycandakı yer adlarının dəyişdirilməsini başa çatdıran Tehran indi də Quzeydə bu işi görmək istəyir».


«İndi İran adlanan dövlətdə mütərəqqi və «ilk» adlanan nə varsa, hamısı Azərbaycan tüklərinin adı ilə bağlıdır. Bunu son əsr yarımda baş verənlər də təsdiqləyir. Ölkənin siyasi, iqtisadi, ictimai, elmi, maarif və s. sahəsindəki bütün yeniliklər güneyli türklərin adına bağlıdır. Elə müasir tipli Rüşdiyyə məktəbləri, çap maşınları, mətbuat, hətta yeni üslubda şeir yazmağı buna misal göstərmək olar».


«Azərbaycan İrana sanksiyalar tətbiq edilməsinin əleyhinədir»-, bu barədə XİN rəsmisi Xəzər İbrahim bildirib.


Nazirlik rəsmisinə istinadən «Üç nöqtə» belə yazır. X.İbrahim İranın Azərbaycanın işğal olunmuş ərazisində su elektrik stansiyasının tikintisinə münasibət bildirib: «İran tərəfi əgər öz ərazisində bununla bağlı işlər görürsə təbii ki, işğal olunmuş torpaqlar azad edildikdən sonra həmin obyektin həyata keçirilməsi üçün bizim ərazidə də işlər aparıla bilər. Hazırda işlər yalnız İran ərazisində aparılır. İranın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı münasibətlərdə əngəl yaradacaq bu kimi məsələlərin müzakirəsi mümkündür. Lakin çalışırıq ki, bu münasibətlərin inkişafına əngəl gətirən məsələlər gündəmə gəlməsin».


Günün bütün mövzuları

XS
SM
MD
LG