Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

«Tezliklə futbolda böyük dəyişikliklər olacaq»


Rəhimov «Xəzər-Lənkəran»ın qələbəsini «çox böyük nailliyyət» adlandırıb

Rəhimov «Xəzər-Lənkəran»ın qələbəsini «çox böyük nailliyyət» adlandırıb

Azərbaycanın futbol üzrə milli komandasının növbəti məşqçisi əcnəbi ola bilər. Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə bildirib:


«Yaxın günlərdə dünyada ən məşhur, ən tanınmış 2-3 məşqçinin cavabını gözləyirik. Onlara təklif olunub ki, Azərbaycana gəlib bizim komanda ilə məşğul olsunlar».


Hazırda futbol üzrə Azərbaycan milli yığmasını «Bakı» klubunun baş məşqçisi Qyoko Hacıyevski çalışdırır. Ondan əvvəl isə milliyə Şahin Diniyev rəhbərlik edirdi.


Bununla belə, cənab Rəhimovun sözlərinə görə, baş məşqçi hər şeyi həll etmir, əsas odur ki, bütün komandalar vahid strategiya ilə işləsin. Nazir hesab edir ki, tezliklə futbolda böyük dəyişikliklər olacaq: «Azərbaycan futbolunun milli strategiyası olmalıdır. Təkcə yığma ilə böyük qələbələr əldə edə bilmərik. Bütün istiqamətlərdə, o cümlədən uşaq futbolunda da ciddi işlər görülməlidir».


Azad Rəhimov «Xəzər-Lənkəran» klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş MDB və Baltikyanı ölkələrin çempionlarının «Birlik kuboku» turnirində birinci yeri tutmasını «çox böyük nailliyyət» adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG