Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:03

Bulvarda sükut pozulub


«Park-Bulvar» Ticarət Mərkəzinin tikintisinə 41 milyon dollardan çox vəsait sərf olunacaq
«Park-Bulvar» Ticarət Mərkəzinin tikintisinə 41 milyon dollardan çox vəsait sərf olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı araşdırmalara görə, təxminən 40 ildən sonra Xəzərin səviyyəsi metr yarım qalxacaq. Bakı bulvarını söküb yenidən quranlar isə 40 il sonranı yox, 28 aydan sonra parkın necə görünəcəyini fikirləşirlər. Hazırda Milli Parkdakı Bakı Biznes Mərkəzinin sökülmə prosesi gedir.


Dəyirman formalı yelləncəyin ərazisini qazıb yepyekə boruları torpağın altına salan fəhlələrə nəzarət edən Eldar Bünyadov deyir ki, sökülən Biznes Mərkəzi yenidən inşa ediləcək. Amma bir qədər kənarda: «Altından qaz kəməri keçirdi».


Ölkə başçısının verdiyi sərəncama görə, Milli Park yenidən qurulacaq. Təkcə «Park-Bulvar» Ticarət Mərkəzinin tikintisinə 41 milyon dollardan çox vəsait sərf olunacaq.



Bir vaxtlar uşaqların sevinə-sevinə mindiyi «Şən karusel» atraksionunun isə indi yalnız qatarı qalıb, relslər sıradan çıxıb. Bakı Uşaq Teatrı isə qatarın yox, özünün hayına qalıb. Teatrın bədii rəhbəri İntiqam Soltan deyir ki, onları altı ildi məskunlaşdıqları, mindən çox tamaşa oynadıqları binadan çıxarmaq istəyirlər: «Mənə deyirlər ki, binanı boşalt. Deyirəm bəs bu ildə topladığım, dövlətin verdiyi əmlakı nə edim? Deyirlər ki, bilmirik».

İ.Soltan deyir ki, 1956-cı ildə Uşaq Teatrı üçün tikilən binanın təmirə ehtiyacı var. Amma binanı təmirə dayandırmazdan əvvəl teatrın harda məskunlaşdırılması məsələsi həll edilməlidir.


Məsələ ilə bağlı Milli Parkın rəhbərliyilə görüşmək istəyimiz baş tutmadı.


Bakıya gələn qonaqların birinci görmək istədikləri, sakinlərinsə sevimli istirahət yeri olan bulvarın hələlik bir hissəsində sükut pozulub. Amma deyəsən, bir neçə aya bu sükut bütün bulvar boyu pozulacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG