Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

«Eldar Quliyev 2001-ci ildən Azərbaycanın diplomatik xidmətlərində fəaliyyət göstərmir»


Eldar Quliyev 2001-ci ildən Azərbaycanın diplomatik xidmətlərində fəaliyyət göstərmir. Onun hazırki fəaliyyətinin diplomatik sistemə aidiyyatı yoxdur. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim «Vaşinqton-post» qəzetində dərc olunmuş məqaləyə münasibət bildirərkən belə deyib.


ABŞ-ın «Vaşinqton-post» qəzeti iddia edir ki, Azərbaycanın BMT-dəki keçmiş nümayəndəsi Rusiya kəşfiyyatı ilə əlaqədə olub. İbrahim bildirir ki, Azərbaycanın bütün diplomatları diplomatik sistemə qəbul olunarkən onların fəaliyyətləri yoxlamadan keçirilir. Bu prosedur diplomatlar səfirliklərə göndərilərkən bir daha təkrarlanır.


Eldar Quliyev 1994-cü ildən 2001-ci ilə qədər Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri olub. 2001-ci ildə diplomatik sistemdən uzaqlaşdırılıb. Hazırda Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin sədr müavinidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG