Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

«Azərbaycan İrana qarşı sanksiyalara qoşulmur»


«Azərbaycan «Böyük Səkkizlik» ölkələrinin İrana qarşı sanksiyalarına qoşulmur. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirir ki, əsas məsələ İranla bağlı problemin danışıqlar müstəvisində həllinə nail olmaqdır: «Hansısa dövlətə qarşı sanksiya tətbiq olunursa, bu, sanksiya naminə olmamalıdır. İndi əsas diqqət münasibətlərin inkişafına yönəldilməlidir».


«Böyük Səkkizlik» ölkələri ötən həftə İrana qarşı növbəti iqtisadi sanksiya tətbiq ediblər. Bundan əvvəl isə ABŞ Dövlət katibinin müavini Nikolas Börns Birləşmiş Ştatların müttəfiqlərini İranla iqtisadi əməkdaşlıqlarını məhdudlaşdırmağa çağırmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG