Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:17

«Xəzər-Lənkəran» «Birlik kuboku»nu aldı


Yanvarın 27-də Sankt-Peterburqda «Birlik kuboku»nun finalı mərhələsi keçirilir
Yanvarın 27-də Sankt-Peterburqda «Birlik kuboku»nun finalı mərhələsi keçirilir

İkinci hissə «Xəzər-Lənkəran»ın üstünlüyü ilə keçib. İlk dəqiqələrində Dieqo Souza komandasını önə çıxarıb. 54-cü dəqiqədə «Paxtakor» hesabı bərabərləşdirib. Bundan təxminən 10 dəqiqə sonra isə Dieqo Souza yenidən komandasını irəli çıxara bilib. Oyun 4:3 «Xəzər-Lənkəran»ın qələbəsi başa çatıb. Beləiliklə, Azərbaycan klubu «Birlik kuboku»nun sahibi olub.


***


Sankt-Peterburqda futbol üzrə «Birlik kuboku» uğrunda final görüşündə birinci hissə başa çatıb. «Xəzər-Lənkəran»-«Paxtakor» oyununda birinci hissədən sonra hesab heç-heçədir-2:2.


***


Yanvarın 27-də Sankt-Peterburqda «Birlik kuboku»nun finalı mərhələsi keçirilir. Azərbaycanın «Xəzər-Lənkəran» klubu Özbəkistan çempionu «Paxtakor» qarşılaşır.


Oyunun 3-cü dəqiqəsində əks-hücum zamanı «Paxtakor»un oyunçusu Elman Maqdiyev hesabı açıb. Bundan təxminən 2 dəqiqə sonra «Xəzər-Lənkəran»ın hücumçusu Mario Souza hesabı bərabərləşdirib.


Oyunun 28-ci dəqiqəsində özbəklərin hücumçusu Ənvər Saliyev «Paxtakor»u yenidən irəli çıxarıb. Birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış «Xəzər-Lənkəran» hesabı bərabərləşdirə bilib. Bərabərlik qolunu Zaur Ramazanov vurub.


Oyunu FİFA prezidenti Zepp Blatter də izləyib.


2006-cı ildə Azərbaycanın digər təmsilçisi – «Neftçi»də bu turnirdə qələbəni bayram etmişdi.




AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG