Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

«Azərbaycanda prezident seçilmir, elan olunur»


«Faktiki olaraq bütün fəaliyyətimiz qadağan olunub. Belə vəziyyətdə biz nə edə bilərik?»

«Faktiki olaraq bütün fəaliyyətimiz qadağan olunub. Belə vəziyyətdə biz nə edə bilərik?»

Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkət «Azadlıq» qəzetinə müsahibəsində belə deyib:


«Əgər ABŞ Dövlət Departamenti də öz hesabatında təsdiq edir ki, «Azərbaycanda insanlar hökuməti dinc yolla dəyişdirmək hüququndan məhrum edilib», seçkilərə hansı maraqdan söhbət gedə bilər. Bir də gəlin, açıq danışaq. Müxalifətin də bu məsələdə təqsiri az olmadı. Müxalifətin bir hissəsi yoruldu, bir hissəsi bezdi, bir hissəsi bazarlığa getdi, sözünə və vədlərinə sahib çıxmadı. Bu da öz növbəsində insanlarda inamsızlıq və ümidsizlik yaratdı. İnsanlar kimlərəsə inandı, arxasınca getdi. Amma sonradan gördü ki, həmin adam hakimiyyətlə alver edir. Bütün bu məğlubiyyətlər və yalanlar silsiləsinin nəticəsidir ki, cəmiyyət bədbin və passiv bir vəziyyətdədir».


Lalə Şövkət seçki öncəsi müxalifətin aktivlik məsələsinə toxunub: «Necə aktivlik göstərək ki, faktiki olaraq bizim bütövlükdə fəaliyyətimiz qadağan olunub. Mitinqlər qadağan olunub, ofislərimiz əlimizdən alınıb, bizə tribuna verən qəzetlərin başına min cür oyunlar gətirilir. Xalqı aktivləşdirmək üçün mən onlarla görüşlər keçirməli, ünsiyyətdə olmalıyam, ya yox?! Bunların isə heç birinə imkan verilmir. Hətta bizə rayonlarda öz üzvlərimizlə görüşməyə qadağa qoyulub. Dəyirmi masalar, forumlar keçirməyə maneələr yaradılır. Təsəvvür edin ki, bir neçə dəfə otellərdə konfranslar keçirdik, ondan sonra buna da qadağa qoydular. Hətta Əli Kərimliyə heç pasport da verilmir - bu, ümumiyyətlə absurddur. Faktiki olaraq bütün fəaliyyətimiz qadağan olunub. Belə bir vəziyyətdə biz nə edə bilərik? Amma buna rəğmən biz yenə də öz ardıcıl, prinsipial, israrlı mübarizəmizi davam etdiririk. Hər halda təslim olmuruq».


Hüquq müdafiəçiləri «Yeni Müsavat»a bildiriblər ki, Avropa Şurası Azərbaycana sonuncu fürsət verib.


Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun son iclasında «Monitorinq Komitəsinin Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçisinin təyin edilməsi məsələsinə baxılıb. Müzakirələrin yekununda AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın fevralda ölkəmizə səfər etməsinə, insan haqlarının vəziyyətinə dair hesabat hazırlamasına qərar verilib.


Məruzəçilərin hesabatının yekunlarına əsasən və rəsmi Bakının bütün siyasi məhbusları, həbsdəki jurnalistləri azad etmək üzrə addımlarından asılı olaraq, AŞ PA-nın Azərbaycan üzrə xüsusi məruzəçisinin təyin edilməsi məsələsi qəti həll olunacaq».


Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəyli deyir ki, hakimiyyətə sonuncu dəfə şans verilib. Hakimiyyət Avropa Şurasının mövqeyini nəzərə almağa məhkumdur.


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə Azərbaycanla bağlı hansısa proqnoz verməyin çox çətin olduğunu söylədi: «Bu müzakirələrdən sonra yaxşılığa doğru nəyinsə dəyişəcəyini deyə bilmərəm. 2005-ci ildən siyasi məhbuslar üzrə xüsusi məruzəçi olmadığından vəziyyət daha da gərginləşib. Dekabrın axırındakı əfv də vəziyyəti yaxşılığa doğru dəyişdirmədi. Əksinə, siyasi sifarişlə yeni adamlar tutulur. Onun üçün vəziyyətin düzələcəyinə inanmıram».


İqtidaryönlü «Səs» qəzeti isə yazır ki, İlham Əliyevin 2008-ci ildə qələbə qazanacağına heç bir şübhə yoxdur.


«Ölkədə aparılan sorğuların nəticələri də təsdiqləyir ki, artıq Azərbaycanda seçkilərin azad, ədalətli, şəffaf, demokratik şəraitdə keçirilməsi heç kimdə şübhə doğurmur».


Günün bütün mövzuları

XS
SM
MD
LG