Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:17

Moskvada Rusiya-Azərbaycan sərhədləri müzakirə olunacaq


Azərbaycanla Rusiya arasında sərhəd problemini müzakirə etmək üçün Azərbaycan nümayəndə heyəti yanvarın 27-də Moskvaya yola düşəcək.


Bunu «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.


Hazırda iki ölkə arasında razılaşdırılmamış iki sərhəd sahəsi qalır - Samur çayı ətrafı və Xaçmazdakı dənizkənarı meşəlik . Bakı ümid edir ki, razılaşdırılmamış ərazilər üzrə bu dəfə nəticə əldə etmək mümkün olacaq.


X. Xələfov: «Biz Moskvaya ümidlə gedirik. İşçi qrupları yanvarın 29-30-da görüşəcəklər. Tərəflərin fikirləri yaxındır və hesab edirəm ki, bu, təsirli addımlar atmağa imkan verəcək».


Bəzi mənbələrə görə, sərhəd danışıqları coğrafi səbəblərdən bu qədər uzanır. Belə ki, vaxtı ilə Azərbaycanın tərkibində olan məntəqələr hazırda Rusiya ərazisindədir və əksinə.


XS
SM
MD
LG