Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:51

Orta Asiya ölkələrinə Bakıdan təklif var


2007-ci il noyabrın 21-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməli qoyulub
2007-ci il noyabrın 21-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməli qoyulub

Azərbaycan Orta Asiya ölkələrinin Bakı-Tbilisi-Qars dəmiryol marşrutuna qoşulması təşəbbüsü ilə çıxış edib.


Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.


İdeya baş tutsa, yüklər Türkmənbaşı limanından xüsusi bərələrlə Azərbaycana gətiriləcək və buradan da Avropaya daşınacaq. X. Xələfov deyir ki, Türkmənistan artıq bu təklifə maraq göstərir:


«Biz Mərkəzi Asiya regionu ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıyıq. Hesab edirik ki, Bakı-Tbilisi-Qars marşrutu ilə yüklərin daşınması regional əməkdaşlığın yeni formada güclənməsinə xidmət edəcək. Bu, həm də Türkmənistan və Azərbaycan dəmiryolları arasında mövcud olan əlaqələri daha da genişləndirəcək».


2007-ci il noyabrın 21-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməli qoyulub.


Tikintinin iki il davam edəcəyi, dəyərinin isə 400 milyon dollardan çox olacağı proqnozlaşdırılır.


İstifadəyə verildikdən bir necə il sonra bu nəqliyyat dəhlizi vasitəsilə ildə 15 milyon ton yük daşımaq mümkün olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG