Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

İslam Rzayev vəfat edib


İslam Rzayev 1934-cü ildə Füzulidə anadan olub Foto: ANSPress
İslam Rzayev 1934-cü ildə Füzulidə anadan olub Foto: ANSPress

Azərbaycanın muğam ustadı İslam Rzayev yanvarın 26-da gecə saat 01:00 radələrində Mərkəzi Klinik Xəstəxanada vəfat edib.


Bu barədə xəbəri «ANS Press»ə xanəndənin nəvəsi İlham Rzayev verib.


Ürəyindən və şəkər xəstəliyindən əziyyət çəkən xanəndə yanvarın 19-da koma vəziyyətində Neftçilər xəstəxanasından Mərkəzi Klinik Xəstəxanaya köçürülmüşdü.


Yanvarın 20-də İslam Rzayevin vəfatı barədə xəbər yayılmışdı. Mərkəzi Klinik Xəstəxanadan isə müğənninin hələ komada olması bildirilirdi.


İslam Rzayev 1934-cü ildə Füzulidə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirdikdən sonra uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 20 ilə yaxın idi ki, İslam Rzayev Muğam Teatrının bədii rəhbəri vəzifəsində də çalışırdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG