Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:57

«ATƏT Azərbaycandakı siyasi vəziyyəti həssaslıqla izləyir»


Pertti Salolaynen: «ATƏT sədri gələn ay Azərbaycana səfər edəcək»
Pertti Salolaynen: «ATƏT sədri gələn ay Azərbaycana səfər edəcək»

«ATƏT Azərbaycandakı siyasi vəziyyəti həssaslıqla izləyir». Bunu Bakıda səfərdə olan Finlandiya parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Pertti Salolaynen «Azadlıq» radiosuna müsahibəsində bildirib.


O, Bakıya prezident seçkisi ilində ölkədəki vəziyyət barədə məlumat toplamağa gəlib. Dediyinə görə, topladığı məlumatı ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın Xarici İşlər naziri İlkka Kanervaya təqdim edəcək.


Pertti Salolaynen: «ATƏT sədri gələn ay Azərbaycana səfər edəcək. ATƏT-ə sədrlik edən ölkə kimi, Finlandiya Azərbaycana diqqətini artırmaqdadır. Biz müxtəlif məsələlərdə, o cümlədən daxili siyasi proseslər və münaqişələrin həllinə öz töhfəmizi vermək istəyirik. Biz həm də prezident İlham Əliyevin may ayında Finlandiyaya səfərə gələcəyini gözləyirik».


Son illər Azərbaycanın enerji mənbəyi kimi Avropa üçün artan əhəmiyyətini vurğulayan Finlandiya rəsmisi, Qərbin nefti demokratiyaya dəyişməsi kimi fikirlərlə razılaşmır. O, xatırladır ki, Avropanın aparıcı institutları son vaxtlar Azərbaycanda mətbuat və sərbəst toplaşmaq azadlığı ilə bağlı narahatlıqlarını dəfələrlə dilə gətiriblər.


Salomaynen onu da vurğulayıb ki, ATƏT Azərbaycanda baş verən proseslərə biganə qalmayacaq.


ATƏT-in Bakı Ofisindən «Azadlıq» radiosuna verilən məlumata görə, İlkka Kanerva Bakıya fevralın 28-də səfər edəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG