Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:07

Şərqin ilk operasının 100 yaşı oldu


Azərbaycan və Şərqin ilk operası Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»unun səhnəyə qoyulmasından 100 il ötür. Yubiley münasibəti ilə yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsər yenidən tamaşaçılara təqdim olunacaq. Teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən tamaşaya həsr olunmuş sərgi təşkil ediləcək.


Xalq artisti Mənsum İbrahimov 100-cü dəfə Məcnunu oynayacaq. Onun tərəf müqabili Leylini isə Nəzakət Teymurova ifa edəcək.


XS
SM
MD
LG