Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29

«Məmurlar Milli parkı zəbt edir»


«İndi Milli Park əsl tikinti meydançasına çevrilib»

«İndi Milli Park əsl tikinti meydançasına çevrilib»


Bakıda insanların istirahət etdiyi ən böyük məkan Milli Parkdır. Hamının dənizkənarı bulvar kimi tanıdığı bu ərazidə eyni zamanda minlərlə adam istirahət edir.


«Lakin indi Milli Park əsl tikinti meydançasına çevrilib. Milli Parkda hasara alınmış ərazilərə, ucalmaqda olan çoxmərtəbələrə, sökülməkdə olan karusellərə rast gəlmək mümkündür. Ərazidə nəinki istirahət etmək, hətta oradan keçmək də təhlükəlidir. Hər addımbaşı rastlaşdığımız qaldırıcı kranlar da əsl təhlükə mənbəyidir. Milli Parkda hazırda 5 çoxmərtəbənin inşası gedir. Bu binalardan yalnız birinin Muğam Mərkəzinə aid olduğu məlumdur». Bu barədə «Yeni Müsavat» yazıb.


«…Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyeva məxsus olan və Milli Parkda yerləşən Bakı Biznes Mərkəzinin söküldüyü haqda qəzetimizin ötən saylarında məlumat vermişik. Ərazidə olarkən söküntü işlərinin davam etməsinin şahidi olduq. Söhbətləşdiyimiz fəhlələr çox maraqlı məlumat verdilər. Onların sözlərinə görə, sökülmüş binanın yerində çoxmərtəbə ucaldılacaq. Təzə binanın aşağı mərtəbələrində Bakı Biznes Mərkəzi, üst qatlarında isə hotel yerləşəcək. Qeyd edək ki, dövlət rəsmiləri də ərazidə yeni biznes mərkəzinin inşa ediləcəyini bildirib».


Deputat Elman Məmmədov «Üç nöqtə»yə deyir ki, Qarabağ danışıqlarında vasitəçilik missiyası BMT-yə həvalə olunmalıdır.


Elman Məmmədovun fikrincə, Avropa Şurasının işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərməsi o qədər də əhəmiyyəti deyil. Çünki bundan əvvəl ATƏT tərəfindən missiya göndərilib və hesabat hazırlanıb. Amma bunun bir nəticəsi olmayıb.


Deputatın sözlərinə görə, Minsk qrupuna ona görə mandat verilib ki, orada təmsil olunan həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməklə problemin həlli istiqamətində iş görsünlər. Ancaq bu qurumun fəaliyyəti 15 il ərzində nəticəsiz qaldı: «Əgər bu fəaliyyətinin nəticəsi yoxdursa, artıq həmsədrlərin işinə ehtiyac qalmır. Onlar indiyədək nə edə bilərdilərsə, artıq ediblər. Ona görə də bundan artıq nəsə gözləmək lazım deyil».


«Səs» prezident İlham Əliyevin Davos forumunda iştirakına geniş yer ayırıb. Dövlət başçısı çıxışında bildirib ki, Cənubi Qafqazda sabitlik üçün Qarabağ münaqişəsini həlli vacibdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG