Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:28

«Jurnalistlərə qarşı zorakılığa son qoyulmalıdır»


«Jurnalistlərə qarşı zorakılığa son qoyulmalı, bunun günahkarları mütləq cəzalandırılmalıdır»
«Jurnalistlərə qarşı zorakılığa son qoyulmalı, bunun günahkarları mütləq cəzalandırılmalıdır»

«Jurnalistlərə qarşı zorakılığa son qoyulmalı, bunun günahkarları isə mütləq cəzalandırılmalıdır. Hökumətlər yalnız zorakılıq faktlarını araşdırmalı deyil, həm də jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz şərait yaratmalıdır». Bu sözləri yanvarın 24-də Strasburqda - Avropa Şurasında keçirilən mətbuat konfransında ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti deyib.


«Turan» agentliyinin məlumatına görə, Haraşti deyib ki, onlar hökumətlərdən jurnalistlərə qarşı törədilən cinayətləri araşdırmaqla bağlı standartlara riayət etməyi tələb etməlidirlər. Xüsusi nümayəndənin sözlərinə görə, böhtana görə məsuliyyətin cinayət yox, mülki məcəllə ilə təyin edilməsinə nail olmaq lazımdır. O bildirib ki, bir çox Avropa qurumları və xadimləri müxtəlif ölkələrin hakimiyyətlərini böhtana görə məsulliyyəti cinayət məcəlləsindən çıxarmağa çağıracaq.


M.Haraşti vurğulayıb ki, jurnalistlərə qarşı istənilən zorakılıq senzura kimi qiymətləndirilməlidir: «Jurnalistlərin təqibi yolverilməzdir, çünki o, özünüsenzuraya gətirib çıxarır. İstənilən redaktor təqib zamanı özünüsenzura hiss edir, bu isə demokratik cəmiyyətdə yolverilməzdir».


Haraşti deyib ki, siyasətçilərə qarşı zorakılığa terrorçuluq kimi baxılır, amma nədənsə jurnalistlərə qarşı zorakılıq terrorçuluq kimi dəyərləndirilmir.


Azərbaycandakı vəziyyətə toxunarkən M.Haraşti 2007-ci ilin dekabrında verilən əfv fərmanını alqışlayıb. Lakin o qeyd edib ki, hər il belə əfv fərmanı verilir. Ona görə də Azərbaycan böhtana görə cinayət məsuliyyətini ləğv etməlidir.


Azərbaycanda həbsdə olan jurnalistlərin taleyindən danışan ATƏT-in xüsusi nümayəndəsi deyib: «Mən yeddi dəfə Azərbaycan hakimiyyətinə həbsdəki bütün jurnalistləri azad etmək tələbi ilə müraciət etmişəm, həm də üç dəfə birbaşa prezidentlə əlaqə yaratmışam».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG