Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:38

İrana qarşı yeni sanksiyaların Azərbaycana dəxli ola bilərmi?


Buşehr nüvə stansiyası, 3 aprel 2007
Buşehr nüvə stansiyası, 3 aprel 2007

«İran xalqı öz yolunu seçib». İran prezidenti Mahmud Əhmədinejad yeni sanksiyaları şərh edərkən belə deyib.


Dünyanın aparıcı altı dövlətinin hələlik layihə şəklində razılaşdırdığı sanksiyaları İran prezidenti qanunsuz davranış adlandırıb.


İranı nüvə zənginləşdirməsi yolundan döndərmək üçün nəzərdə tutulan yeni sanksiyalar nədən ibarətdir?


Maraqlıdır ki, Rusiyanın Xarici İşlər naziri Lavrov təsir tədbirlərinin sanksiya kimi sərt olmayacağını deyir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Tom Keysi isə bildirir ki, bu layihə axırıncı variantda sərt olacaq və sanksiya xatirinə sanksiya olmayacaq.


Yeni sanksiyalar 2007-ci ilin martında qəbul olunmuş ikinci sanksiyalar mərhələsinin davamıdır, yəni iqtisadi cəzaları nəzərdə tutur.


Hazırda İranın 28 vətəndaşının və qurumunun, o cümlədən Sepah Bankının xaricdəki bank hesabları dondurulub. İndi bu cəzalar İranın digər iki böyük bankına - Bank Milli və Bank Sədarətə də aid edilə bilər. Bu iki bank hazırda ABŞ sankisyaları altındadır. Ancaq Rusiya və Çin bunun hamıya aid olunmasına müqavimət göstərir, deyir ki, ölkələrin bu iki banka qarşı cəzaları məcburi yox, könüllü olsun.


Yeni sanksiyalar xaricdə hesabı dondurulan İran vətəndaşlarının siyahısını genişləndirir.


Yeni sanksiyalar İrana mal ixrac edən şirkətlərə kredit verməyi qadağan edir. Bu, əvvəlki iki sanksiya qərarlarında yox idi.


Yeni sanksiyalar İranın qonşusu olan Azərbaycana hansı təsiri göstərə bilər?


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, Azərbaycan İrana ildə ən azı 300 milyon dollarlıq mal ixrac edir. Onların kreditə yaxın buraxılmaması vəziyyəti kəskin şəkildə pisləşdirəcək.


İbadoğlu başqa bir problemi də qeyd edir. Bu da İrana qarşı sanksiyaların bu ölkədə fəaliyyət göstərən Azərbaycanın iş adamlarına mənfi təsiridir. Onun sözlərinə görə, İran Dubay, Qazaxıstan, Türkiyə ilə yanaşı Azərbaycanın iş adamlarının pul qoyduğu dörd əsas ölkədən birinə çevrilib. Xüsusilə Tehran yaxınlığında Azərbaycandan olan iş adamları xeyli ticarət müəssisəsi, sexlər açıblar, İrana qarşı sanksiyalar onlara da mənfi təsir edəcək.


Yeni sanksiyalarda qeyri-iqtisadi yalnız bir məqam var ki, o da bir sıra İran vətəndaşlarının (bunlar rəsmi şəxslər də ola bilər) xaricə səfərinə məhdudiyyət qoyulmasıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG