Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:03

«Müttəhimlərin həbsxanada ölümünə görə prokurorluq məsuliyyət daşıyır»


Səhhəti ağır olan müttəhim Arif Aslanovun xəstəxanada vəfat etməsinə görə məsuliyyət prokurorluq orqanlarının üzərində qalır. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu sözləri «Turan»ın müxbirilə söhbətində söyləyib.


Həbsxana şəraitində A.Aslanovla dəfələrlə görüşdüyünü deyən komitə sədri müttəhimin səhhətinin ağırlığı barədə ölkə prokurorluğuna dəfələrlə müraciət etdiyini və bu şəxsin ya zaminə verilməsi, ya barəsində həbs-qətimkan tədbirinin dəyşidirilməsi barədə məsələ qaldırdığını xatırladıb.


A.Aslanov Abşeron rayon icra başçısı Zakir Fərəcova qarşı sui-qəsd və s. ittihamlarla həbsə alınmışdı.


Eyni zamanda, Bakıda çoxmərtəbəli binanın çökməsilə bağlı həbsə alınan «Mütəfəkkir» tikinti firmasının başçısı Əli Muradovun da həbsxana şəraitində vəfatına toxunan E.Behbudov bu ölümə görə də prokurorluq orqanlarının məsuliyyət daşıdığını deyib.



XS
SM
MD
LG