Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39

«Xəzər-Lənkəran» yarımfinalda


Yarımfinalda lənkəranlılar Belorusun «BATE» klubu ilə qarşılaşacaq

Yarımfinalda lənkəranlılar Belorusun «BATE» klubu ilə qarşılaşacaq

Yanvarın 23-də Azərbaycan çempionu «Xəzər-Lənkəran» MDB və Baltikyanı ölkələrin «Birlik kuboku»nun dörddəbir final mərhələsində Moldovanın «Şerif» klubu ilə qarşılaşıb.


Oyunun 35-ci dəqiqəsində Qnanu «Şerif»i hesabda irəli çıxarıb. 54-cü dəqiqədə «Xəzər-Lənkəran»ın legioneri Souza hesabı bərabərləşdirib. 71-ci dəqiqədə «Şerif» yenidən irəli çıxıb. Bu dəfə Balima fərqlənib. Qarışılaşmaya əlavə edilmiş 2-ci dəqiqədə Souza hesabı yenidən bərabərləşdirib.


Bundan sonra turnirin qaydalarına əsasən, penaltilər vurulub. «Xəzər-Lənkəran» penaltiləri daha dəqiq yerinə yetirərək (5-3) yarım finala çıxıb. Yarımfinalda lənkəranlılar Belorusun «BATE» klubu ilə qarşılaşacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG