Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:18

«Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi yaxın vaxtların işi deyil»


Andrey Çupov Bakıya yanvarın 22-də gəlib

Andrey Çupov Bakıya yanvarın 22-də gəlib

«Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi yaxın vaxtların işi deyil». Bunu Bakıda səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyi – MAQATE-nin Azərbaycana texniki yardım layihəsinin koordinatoru Andrey Çupov «Azadlıq» radiosuna bildirib.


Onun sözlərinə görə, MAQATE ilə Azərbaycan hökuməti arasında aparılan danışıqlarda ölkə ərazisində nüvə tədqiqat reaktorunun tikilməsinə dəstək verilsə də, bu, yalnız ilkin razılaşmadır. Belə ki, əvvəlcə Azərbaycan tərəfi layihə hazırlamalı və onu mart ayınadək MAQATE-yə təqdim etməlidir: «Hazırda belə reaktorun Azərbaycan ərazisində tikintisinin nə dərəcədə mümkün olduğu tədqiq olunur və bu tədqiqatlar hələ müəyyən qədər davam edəcək. Reaktorun inşasına yalnız Azərbaycan tərəfi qərar verə bilər».


Cənab Çupov diqqəti ona yönəldib ki, nüvə reaktorundan üç məqsəd üçün istifadə etmək olar: Ekspertlərin hazırlanması, təhqiqat və tibbi məqsədlərlə. Azərbaycanın hər üç sahədə ehtiyacları olsa da, reaktor işlətməyə bəzi hazırlıqlar görməlidir.


Andrey Çupov: «MAQATE Azərbaycanda standartlara cavab verən nüvə texnologiyalarından məsələn, tibbi məqsədlə istifadə olunmasını dəstəkləyir. Lakin bunun üçün avadanlıqlar və peşəkarlıq yüksək səviyyədə olmalıdır».


MAQATE nümayəndəsi Bakıya yanvarın 22-də gəlib. O, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyində apardığı danışıqlarda 2009-2011-ci illər üçün MAQATE-nin Azərbaycanda nəzərdə tutduğu layihələri müzakirə edib.


Azərbaycan 2001-ci ildən MAQATE-nin üzvüdür.


Günün bütün mövzuları

XS
SM
MD
LG