Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:15

Fevralın əvvəlində Venesiya Komissiyasının missiyası Bakıya gələcək


«Biz nəticələr əldə etməyə ümid edirik»
«Biz nəticələr əldə etməyə ümid edirik»

Fevralın əvvəlində Avropa Şurası Venesiya Komissiyasının (VK) növbəti missiyası Bakıya gələcək. Bu barədə «Turan»a müsahibəsində VK-nın seçki və referendum şöbəsinin nümayəndəsi Sergey Kuznetsov bildirib.
Kuznetsov deyib ki, VK 2007-ci ilin dekabrında Bakıdan Seçki Məcəlləsinə dəyişikliklərin düzəlişlər və əlavələr edilmiş layihəsini alıb: «Bu layihədə VK-nın irad və tövsiyələrinin bir hissəsi nəzərə alınıb. Biz hakimiyyət nümayəndələri ilə görüşəcəyik və layihəyə hər hansı dəyişikliklər və ya əlavələri müzakirə edəcəyik. Seçki komissiyalarına gəldikdə isə hazırda onlarla bağlı heç bir təklif yoxdur. Amma bu məsələ fevralın 7-9-da Bakıya səfərimiz zamanı müzakirə ediləcək»,.
Rəsmi Bakının Seçki Məcəlləsinə dəyişikliklərin mürtəce və texniki xarakter daşıyacağı barədə iddialarını şərh edən S.Kuznetsov bildirib ki, bu, belə deyil: «Düşünürəm ki, bəzi şeylər dəyişiləcək. Söhbət sadəcə maddələrin yerdəyişməsindən deyil, daha konseptual və mühüm məsələlərdən gedir. Xüsusən, biz zərflərdən istifadənin ləğvi haqqında danışmışıq, bu, elə də texniki məsələ deyil. Bu, səsvermə və hesablama sistemini dəyişir. Həmçinin qərarlardan şikayət verilməsi sistemlərinin dəyişdirilməsi və bu məsələ ilə kimin məşğul olacağı da müzakirə edilir».


Əgər Bakı seçki komissiyalarının formalaşması prinsipini dəyişməkdən imtina edərsə, VK hansı tədbirlər görəcək? Bu suala cavabında Kuznetsov bildirib ki, Komissiya məsələ ilə bağlı müəyyən proqres əldə etməyə ümid edir.


S.Kuznetsov deyib ki, VK ötən ilin dekabrında «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklər edilməsi barədə təkliflər verib: «Biz ümid edirik ki, bu sahədə irəliləyiş olacaq və vətəndaşların toplaşmaq hüququna yeni qanunla zəmanət veriləcək».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG