Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

«Sərhədsiz Reportyorlar» Müşfiq Hüseynovun həbsini pisləyir


Müşfiq Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib

Müşfiq Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib

«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsini pisləyir.


Qurumun yanvarın 23-də yaydığı bəyanatda deyilir ki, məhkəmə jurnalist barədə uyğun olmayan qərar çıxarıb: «Bununla hökumət presedent yaratmaq, müxalifət mediasını hörmətdən salmaq və zəiflətmək istəyir».


«Sərhədsiz Reportyorlar» bildirir ki, hökumət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxilində bir neçə korrupsiya hallarını ifşa edən jurnalistdən bu yolla canının qurtarmaq istəyib.


«Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü ilə onun 2 il jurnalist kimi fəaliyyət göstərməsinə də qadağa qoyulub.


Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşından rüşvət almaqda ittiham olunur.


«Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyev deyib ki, Müşfiq Hüseynov bir neçə dəfə sözügedən nazirliyi tənqid edən yazılar yazıb. Jurnalistin vəkili Vüqar Xasayev isə deyir ki, onun müdafiə etdiyi şəxs heç kimdən pul almayıb və araşdırma qərəzli aparılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG