Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:26

İsrail Bakıya viza rejimini sadələşdirməyi təklif edir


«Bu məsələ həm də ölkə rəhbərliyi, prezidentlə müzakirə olunmalıdır»

«Bu məsələ həm də ölkə rəhbərliyi, prezidentlə müzakirə olunmalıdır»

İsrail Azərbaycana diplomatik əlaqələri genişləndirməyi və viza rejimini sadələşdirməyi təklif edir. Bunu «Azadlıq» radiosuna müsahibəsində İsrail parlamentinin - Knessetin vitse-spikeri Koen Amnon bildirib. Cənab Amnon hazırda Bakıdadır və ölkə rəsmiləri ilə danışıqlarında ikitərəfli əməkdaşlığı müzakirə etmək niyyətindədir.


Onun fikrincə, parlamentlərarası dostluq qrupunun fəaliyyəti daha da gücləndirilməlidir. İsrailin vitse-spikeri bu ölkədə yaşayan azərbaycanlılara Bakıdan təqaüd ayrılması məsələsinə də toxunub.


Hazırda Knessetin deputatları məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovla danışıqlar aparırlar.


Koen Amnon: «Bu məsələ həm də ölkə rəhbərliyi, prezidentlə müzakirə olunmalıdır. Artıq biz eyni məsələni Rusiya ilə həll etmişik. İndi Belorus və Özbəkistanla da işləyirik. Əsas məsələ təqaüdün həcmində deyil, onsuz da bu, simvolik bir rəqəmdir. Əsas budur ki, insanlar öz ölkələrindən onlara olan diqqəti hiss etsinlər».


Rəsmi rəqəmlərə görə, İsraildə yaşayan azərbaycanlıların sayı təxminən 50 min nəfərdən artıqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG