Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

«5 manatlıq kitaba görə total vergi yoxlaması…»


«5 manatlıq kitaba görə bu qədər total yoxlama təşkil edirlərsə, onda vay bizim halımıza»

«5 manatlıq kitaba görə bu qədər total yoxlama təşkil edirlərsə, onda vay bizim halımıza»

«Qanun» nəşriyyatı və «Çap Evi» mətbəəsində yoxlama aparılmasının səbəbi alqı-satqı zamanı qəbz verilməməsidir. Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov «Azadlıq» radiosuna deyib ki, hazırda səyyar yoxlama iki gündür aparılır, lazım gələrsə müddət uzadıla da bilər:


«Kassa aparatından istifadə edilməyib və alınmış mallara görə kassa çeki verilməyib. Qanuna uyğun tədbirlər görülür, bu səbəbdən növbəti səyyar yoxlaması təyin olunub».


«Çap Evi» mətbəəsinin sahibi Şahbaz Xuduoğlu isə deyir ki, Vergilər Nazirliyinin əməkdaşları ilə onlar əvvəllər qonşuluqda yerləşiblər. Bəzən elə olub ki, vergi işçilərinə Vergi Məcəlləsi, hüquqi sənədlər tanışlıq xatirinə bağışlanıb.


«Bilirlər ki, buradan gəlib kitab götürürlər. Dəfələrlə belə hadisələr baş verib. İndi isə gəlib bir dənə kitaba görə əməliyyat keçirirlər. 5 manat dəyəri olan bir kitaba görə bu qədər total vergi yoxlaması təşkil edirlərsə, onda vay bizim halımıza».


«Çap evi» mətbəəsində bir sıra müstəqil və müxalifyönümlü qəzetlər nəşr olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG