Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:28

Bulvarda 41 milyon dollarlıq cah-cəlal


7500 kvadrat metr ərazidə tikiləcək «Park Bulvar»ın layihəsi 41,5 milyon dollar dəyərindədir
7500 kvadrat metr ərazidə tikiləcək «Park Bulvar»ın layihəsi 41,5 milyon dollar dəyərindədir

«Gün səhər» yazır ki, yaxın vaxtlarda Bakı bulvarının görkəmi tamamilə dəyişəcək. Milli parkın düz mərkəzində «Park Bulvar» adlı mərkəz inşa olunacaq.


«4 mərtəbəli ticarət mərkəzində qonaqlar şəhərin və Xəzər dənizinin gözəl mənzərəsini seyr edə biləcəklər. Bu binanın arxitektura üslubu Neftçilər prospekti və geniş bulvarla həmahəng görünəcək. Layihənin tərtibatı zamanı bu yerin funksionallığı, komfort və mədəni aspektləri də nəzərə alınıb».


Bu mərkəz pərakəndə satış və istirahət nöqtələrinin, 8 ekranlı kinozalın, yeməkxanaların və supermarketin yerləşməsi üçün 15.371 kvadrat metr sahəni əhatə edir. Binanın zirzəmisində 470 avtomobil üçün dayanma yerləri təmin ediləcək.


7500 kvadrat metrlik ərazidə tikilməsi planlaşdırılan «Park Bulvar»ın layihəsinə 41,5 milyon ABŞ dollar dəyərində vəsait sərf olunacaq.


Qəzet yazır ki, hələlik bu ticarət və əyləncə mərkəzinin Azərbaycanın oliqarxlarından kimə məxsus olduğu bilinmir. O da ola bilər ki, obyekt Azərbaycan iqtidarı ilə yaxşı münasibətləri olan xarici iş adamlarından birinə məxsus olsun.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva «Muğam televiziya müsabiqəsi-2007»-nin qalibləri və münsiflər heyətinin üzvləri ilə görüşüb. Bu barədə yanvarın 23-də nəşr olunan bütün rəsmi və iqtidaryönlü mətbuat xəbər yayıb.


«Səs» qəzeti yazır Mehriban Əliyevanın sitatını dərc edib: «Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur. Mən bu gün fürsətdən istifadə edərək, bizim ünlü sənətkarlarımıza, muğam ustadlarına muğamın inkişafı, təbliği sahəsində səylərinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm».


«Üç nöqtə» yazır ki, Mətbuat Şurası kütləvi informasiya vasitələrində dövlət atributlarına nə dərəcədə sayğılı yanaşılmasının monitorinqini davam etdirir. Bu barədə açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, araşdırmalar zamanı bir çox KİV-də dövlət atributlarından sui-istifadə olunduğu aşkarlanıb. O qeyd etdi ki, mətbu nəşrlərin çoxunda KİV-in adının yanında milli bayrağımızın, gerbimizin təsvirlərinin verilməsi ictimai qınaq mövzusuna çevrilib. Bunların sırasında müntəzəm yayımlanan bəzi mətbu vasitələrə rast gəlinsə də, peşə etikasına sayğısız yanaşılan qəzetlər, jurnallar üstünlük təşkil edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG