Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:29

A.Herkel siyasi məhbuslar üzrə məruzəçinin bərpası ideyasını dəstəkləyir


Andres Herkel fevralın əvvəllərində Yevgeniya Jivkova ilə birlikdə Bakıya gələcək

Andres Herkel fevralın əvvəllərində Yevgeniya Jivkova ilə birlikdə Bakıya gələcək

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin bərpası məsələsi müzakirə ediləcək.

Bu barədə «Turan»a müsahibəsində AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.


«Hansı qərarın qəbul ediləcəyini bilmirəm, amma mən hələ dekabrda Venesiyada AŞPA-nın Hüquq Komitəsinin iclasında siyasi məhbuslar üzrə xüsusi məruzəçinin bərpası ideyasını dəstəkləmişəm», - deyə o, bildirib.


A. Herkel qeyd edib ki, Azərbaycandakı siyasi məhbuslar üzrə İşçi Qrupun fəaliyyəti effektli olsaydı, siyasi məhbuslar üzrə məruzəçiyə də ehtiyac olmazdı.


«Təəssüf ki, nə siyasi məhbuslar, nə də siyasi məhbus olması ehtimal edilən şəxslərlə bağlı problemlərdə irəliləyiş yoxdur. Bəzi şəxslərin əfv edilməsinə baxmayaraq, məşhur jurnalistlər hələ də həbsdədir. Bu, Azərbaycanın nüfuzuna çox pis təsir edir», - deyə Herkel qeyd edib.


Avropalı deputat bildirib ki, fevralın əvvəllərində Azərbaycan üzrə digər həmməruzəçi Yevgeniya Jivkova ilə birlikdə Bakıya gələcək:


«Səfər zamanı biz siyasi məhbuslar, o cümlədən, jurnalistlərlə görüşmək niyyətindəyik».


Son əfv fərmanını şərh edən cənab Herkel qeyd edib ki, bəzi məşhur jurnalistlər əfv edilməyib. Buna görə qarşıda duran səfər də bu məsələyə həsr edilib. Andres Herkel əlavə edib ki, məruzəçilər hüquq müdafiəçiləri, müxalifət, Ədliyyə Nazirliyi, parlament və Prezident Aparatı nümayəndələri ilə görüşəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG