Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:39

«Əsas mübarizə Sarkisyanla Petrosyan arasında gedəcək»


«Namizədlər arasında əsl müxalifət Ter Petrosyanı dəstəkləyənlərdi»

«Namizədlər arasında əsl müxalifət Ter Petrosyanı dəstəkləyənlərdi»

Fevralın 19-da Ermənistanda prezident seçkisidir. Azərbaycandan fərqli olaraq bu ölkənin rəhbərinin növbəti dəfə prezident seçilmək imkanı yoxdur. Çünki Robert Koçaryan artıq ikinci prezidentlik dönəmini başa vurur. Onun yeri uğrunda isə 9 nəfər mübarizə aparır. Bunlar Ermənistanın Baş naziri, Respublikaçılar Partiyasının lideri Serj Sarkisyan (onu həm də Koçaryanın siyasi varisi adlandırırlar), keçmiş prezident Levon Ter-Petrosyan, keçmiş Baş nazir Vazgen Manukyan, Milli Birlik Partiyasının sədri Artaşes Qeqamyan və digərləridir.


Bəzi mütəxəssislər hesab edirlər ki, ölkədəki real vəziyyət erməni xalqının maraqlarını əks etdirmir. Koçaryan iqtidarı seçkinin demokratik keçirilməsinə imkan verməyəcək. «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, heç şübhəsiz ki, Koçaryan iqtidarı seçkini saxtalaşdırmağa çalışacaq. Amma hakimiyyətin daxilində də bu məsələyə münasibət birmənalı deyil.


Siyasi dairələrdə isə hesab edirlər ki, seçkidə əsas mübarizə Serj Sarkisyanla Levon Ter Petrosyan arasında gedəcək. Amma əlbəttə ki, başqa namizədlərin də özlərini necə aparacaqları az əhəmiyyət kəsb etmir.


Ərəstun Oruclunun sözlərinə görə, namizədlər arasında əsl müxalifət Ter Petrosyanı dəstəkləyənlərdi. Təəccüblü görünsə də, millətçi «Daşnaksütun» Partiyası da indiki məqamda Ermənistan ictimai rəyini nəzərə alaraq praqmatik düşüncənin daşıyıcısı olan Ter Petrosyanı müdafiə edir.


Bəzi ekspertlər hesab edir ki, uzun müddət siyasətdən kənarda qalmasına baxmayaraq mitinqə xeyli adam toplaya bilməsi Ter Petrosyanın namizədlər arasında daha üstün olduğunu deməyə əsas verir.


Politoloq Vəfa Quluzadə də belə düşünür. Ancaq deyir ki, bu, heç də onun seçiləcəyi demək deyil.


Levon Ter Petrosyan özü isə hələ ki, yerli KİV-lərə müsahibə vermir. «Regnum» Agentliyi yazır ki, Petrosyan Rusiya mediasına verdiyi müsahibələrdə xarici siyasət, Qarabağ problemi və Türkiyə ilə münasibətlərə aydınlıq gətirməməyə üstünlük verir. Digər namizədlər isə bu və digər məsələlərdən geniş danışırlar.


«İrs» Partiyası isə hesab edir ki, özünü müxalifət adlandıran namizədlərdən heç biri təklikdə qələbə qazana bilməyəcək. Ona görə birləşmək lazımdır.


«Regnum» yazır kı ABŞ-ın Ermənistandakı səfirliyi və USAID seçkidə «exit-poll» keçirməkdən imtina ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG