Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

77 kiloqramdan artıq narkotik vasitə götürülüb


Faktla bağlı cinayət işi açılıb

Faktla bağlı cinayət işi açılıb

«İrandan Azərbaycana gətirilən 77 kiloqramdan artıq narkotik vasitə götürülüb». Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Sərhəd Xidmətinin (DSX) yanvarın 22-də yaydığı birgə məlumatda belə deyilir. Məlumatda bildirilir ki, Azərbaycan və İran vətəndaşlarından ibarət qrup sözügedən narkotik vasitəni satış məqsədilə ölkə ərazisinə keçiriblər. Bu il yanvarın 15-də keçirilmiş əməliyyat nəticəsində həmin şəxslər yaxalanıblar.


Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə küllü miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işi açılıb.


MTN və DSX bildirir ki, iş üzrə bütün halların araşdırılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG