Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37

Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçilib


Azərbaycanlı deputatın vitse-prezidentliyinə namizədliyi rotasiya qaydasına uyğun irəli sürülüb
Azərbaycanlı deputatın vitse-prezidentliyinə namizədliyi rotasiya qaydasına uyğun irəli sürülüb

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun vitse-prezidenti seçilib.


AŞ PA-nın yeni prezidenti isə İspaniya sosialisti, 63 yaşlı Luis Mariya de Puç olub. Onu parlamentarilərə AŞ PA-nın qocaman üzvü Migel Peres təqdim edib. Yeni qaydalara görə, İspaniyalı senator AŞ PA-ya iki il rəhbərlik edəcək.


Səməd Seyidov özü «APA»ya namizədliyinin AŞ PA-nın qış sessiyasının yanvarın 21-də keçirilən plenar iclasında səsə qoyulduğunu və yekdilliklə təsdiqləndiyini bildirib.


Azərbaycanlı deputatın qurumun vitse-prezidentliyinə namizədliyi rotasiya qaydasına uyğun olaraq irəli sürülüb. Həmin gün AŞ PA-ya 19 vitse-prezident seçilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG