Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

«Bakı Aşqabadın mövqeyində dəyişiklik gözləyir»


«Son görüşdə Xəzərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağın mümkünlüyü məlum olub»

«Son görüşdə Xəzərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağın mümkünlüyü məlum olub»

Azərbaycan Türkmənistandan Xəzərin statusu ilə bağlı mövqeyində dəyişiklik gözləyir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Xəzər İbrahim yanvarın 21-də həftəlik brifinqində bəyan edib. Onun sözlərinə görə, iki ölkənin yüksək səviyyəli hökumətlərarası komissiyasının ötən həftə Aşqabadda keçirilən görüşündə Xəzər məsələsi ilə bağlı prinsipial fikir ayrılıqlarını aradan qaldırmağın mümkünlüyü məlum olub.


Gələn ay bu problemlə əlaqədar Azərbaycan-Türkmənistan işçi qrupları Bakıda görüşəcəklər.


Xəzər İbrahim onu da bildirib ki, Aşqabad Bakıdakı səfirliyinin fəaliyyətini tezliklə bərpa edəcək.


XİN rəsmisi ölkələr arasında 1990-cı illərdə yaranmış borc problemi ilə bağlı məsələnin də «hər iki tərəfin xeyrinə uyğun» həll olunduğunu deyib.


Aşqabad Azərbaycanın aldığı türkmən qazına görə, borcunın 30-35 milyon dollar, Bakı isə təxminən onun yarısı həcmində olduğunu bildirirdi.


Hər iki tərəf Xəzərin milli sektorlarının orta xətt üzrə bölünməsini vacib saysa da, mövqelərdəki fərq orta xəttin koordinatlarının müəyyən edilməsi prinsiplərindədir. Xüsusilə də Azərbaycanda «Kəpəz», Türkmənistanda isə «Sərdar» adlandırılan neft yatağının taleyi məsələsində mübahisələr hələ də aktual qalır.


Günün bütün mövzuları

XS
SM
MD
LG