Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

Müşfiq Hüseynov 6 il müddətinə həbs olundu


Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rüşvət almaqda günahlandırılır

Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rüşvət almaqda günahlandırılır

«Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov 6 il həbs cəzası alıb. Eyni zamanda onun jurnalist kimi fəaliyyət göstərməsinə 2 il qadağa qoyulub.


Yanvarın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə onun barəsində belə qərar çıxarıb.


Jurnalistin vəkili Vüqar Xasayev «Azadlıq» radiosuna bildirib ki, hökm əsassızdır və qərardan apellyasiya şikayəti veriləcək. Onun sözlərinə görə, jurnalist vəzifəli şəxs deyil və buna görə də həmin cinayətin subyekti ola bilməz.


Müşfiq Hüseynov 2007-ci ilin yayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rüşvət almaqda günahlandırılaraq həbs olunub.


Azərbaycanda hazırda Hüseynovla yanaşı 4 nəfər jurnalist həbsdədir. «Realnıy Azerbaydjan»-«Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 8 il yarım, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 3 il həbs cəzası alıb, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi hələ davam edir.



Günün bütün mövzuları

XS
SM
MD
LG