Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:05

Sovet qoşunlarının Bakıda hərbi əməliyyatlarından 18 il keçir


Faciənin ildönümü dünyanın bir sıra ölkələrində də qeyd olunur

Faciənin ildönümü dünyanın bir sıra ölkələrində də qeyd olunur

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin ildönümü qeyd olunur. Bununla bağlı ölkədə matəm elan olunub, bütün dövlət bayraqları endirilib. Prezident İlham Əliyevin başçılığı ilə nazirlər, hökumət nümayəndələri, xarici ölkələrin səfirləri səhər saatlarında Şəhidlər Xiyabanını ziyarət ediblər. Prezident səfirlərdən başsağlığı qəbul edib.


Bakı vaxtı ilə saat 12.00-da bütün ölkə ərazisində bir dəqiqəlik anım sükutu elan olunub, nəqliyyatın hərəkəti dayandırılıb. Müxtəlif dövlət orqanlarının kollektivləri və sadə əhalinin Xiyabana axını davam edir.


Nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə deyib ki, anım mərasimləri ilə əlaqədar Bakının bir sıra küçələrində, xüsusilə də Şəhidlər Xiyabanı ətrafında nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər axşam saatlarına qədər davam edəcək.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakıya daxil olaraq, dinc əhalini gülləbəran edib. Faciə nəticəsində 131 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər həbs edilib.


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov «Azadlıq» radiosuna deyib ki, faciənin ildönümü dünyanın bir sıra ölkələrində diaspor və siyasətçilər səviyyəsində qeyd olunur. Onun fikrincə, 20 yanvar hadisələrinin özündən daha çox onun yaranma səbəblərinin beynəlxalq ictimaiyyətə çatdırılması daha vacibdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG