Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

Fətva zəncir vurmanın qarşısını ala bilmədi


Ərəb dilindən tərcümədə «aşura» sözü «onuncu gün» mənasını verir.
Ərəb dilindən tərcümədə «aşura» sözü «onuncu gün» mənasını verir.
Yanvarın 18-i gecədən başlayaraq Abşeronun kəndlərində Aşura Günü ilə bağlı mərasimlər keçirilir.

Artıq gecə saatlarında onlarla insan, əsasən gənclər piyada «Ya Hüseyn», «Allahu-Əkbər» şüarları ilə mərkəzdən Bakı kəndlərinə, əsasən Mərdəkandakı «Mir Mövsüm Ağa», Nardarandakı «Rəhimə xanım» ziyarətgahlarına gediblər. Gecə olmasına baxmayaraq, «Mir Mövsüm Ağa» ziyarətgahı istiqamətində avtomobil tıxacları yaranıb.


Aşura mərasimi ənənəvi olaraq Nardaranda daha qabarıq şəkildə keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin zəncir vurmamaq barədə fətvasına baxmayaraq, insanlar Pirin həyətindəki məsciddə zəncir vurublar.


Yanvar 19-u səhərdən başlayaraq isə Aşura mərasimi ilə əlaqədar Bakı və Abşeronun məscidləri və pirlərinə yüzlərlə ziyarətçi axışmağa başlayıb.


«Mir Mövsüm Ağa» ziyarətgahında, «Təzə Pir» və «Hüseyniyə» məscidlərində ziyarətçi sıxlığı bu ərazilərdə avtomobil tıxaclarının yaranmasına səbəb olub. Məscidlərin ətrafında təhlükəsizliyin təminatı üçün Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.


Ənənəvi qanvermə mərasimi bu il də icra olunur.


Ərəb dilindən tərcümədə «aşura» sözü «onuncu gün» mənasını verir. İmam Hüseyn Məhərrəm ayının aşura günündə qətlə yetirildiyi üçün bütün mərasim məhz «Aşura» adı altında tanınır.


Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn 680-ci ildə İraqda yerləşən Kərbəla çölündə qətlə yetirilib. / Turan /









Buna da bax:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG