Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:23

Məscidlərdə qanvermə kampaniyası olacaq


Yanvarın 19-u bütün məscidlərində qanvermə kampaniyası olacaq

Yanvarın 19-u bütün məscidlərində qanvermə kampaniyası olacaq

Azərbaycanın qana olan bir illik tələbatı 12 tondur. Bunun təxminən 400 litri hər il Aşura günü keçirilən könüllü qanvermə kampaniyalarında toplanır.


Yanvarın 19-u Azərbaycanın bütün məscidlərində qan xəstəliklərindən əsasən də talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermə kampaniyası olacaq. Bu barədə «Azadlıq» radiosuna Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Akif Ağayev məlumat verib.


Akif Ağayev deyir ki, QMİ üçüncü ildir ki, bu aksiyanı davam etdirir.


Adi vaxtlarda da hər cümə günü məscidlərdə qan verildiyini deyən Akif Ağayevə görə, Aşura günü məscidlərə daha çox adam gəldiyindən istəyirlər ki, həmin adamlar özünə zəncir vurmaqdansa qan vermə kampaniyasına qoşulsunlar.


Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 1000-ə yaxın talassemiya qan xəstəliyindən əziyyət çəkən uşaq var.


Günün bütün mövzuları

XS
SM
MD
LG