Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

Təbrizdə Ermənistanın konsulluğu açılır


İran rəsmi səviyyədə Təbrizdə Ermənistan konsulunun açılmasına razılıq verib

İran rəsmi səviyyədə Təbrizdə Ermənistan konsulunun açılmasına razılıq verib

«Fars» xəbər agentliyinin verdiyi məlumata görə İranın Nazirlər Kabineti Təbrizdə Ermənistanın baş konsulunun təsis edilməsinə müsbət münasibətini bildirib.


Layihəni İran prezidentinin birinci müavini ötən həftə ölkənin Xarici İşlər Nazirinə təqdim etmişdi.


Bu elə bir vaxta təsadüf edir ki, Ermənistan Respublikası İran Azərbaycanın bəzi sənaye sahələrinə sərmayə qoyuluşuna başlayıb.


İranın «Tabnak» xəbər agentliyi yanvarın 17-də bu haqda yazdığı icmalda bildirir ki, Ermənistan son vaxtlar İran Azərbaycana xüsusi maraq göstərir.


Məlumata görə, Ermənistanın dövlət nümayəndələri ilk dəfə 2004-cü ildə iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu mәqsәdilә İran Azərbaycanına səfər etmişdilər. Lakin, əhalinin etirazına görə heç bir nailiyyət əldə edilməmişdi. Belə ki, Ərdəbilə səfər edən Ermənistan heyətinin bəzi üzvlərinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və başqa işğal edilmiş ərazilərdən gəlməsi aşkar edildikdən sonra yerli Azərbaycan fəalları, o cümlədən də Abbas Lisani etiraz nümayişləri keçirərək, Ərdəbilin Sərçeşmə məscidində oturaq aksiyası elan etmişdilər.


Aksiya silahlı qüvvələrin basqını və etiraz edənlərin həbsi ilə sona çatmışdı. Lakin, münbit Muğan ərazisinin kənd təsərrüfatında sərmayə qoymaq istəyən erməni nümayəndələri də yerli əhalinin rəğbətini qazana bilməmiş, məntəqəni tərk etməli olmuşdular.


Həmin mәnbәyә əsasən, Muğan və Xiyav (Mişkin) əhalisi Qarabağ məsələsinə görə erməni nümayəndələrinə olduqca mənfi münasibət göstərmişdi.


Az sonra millət vəkili Məhəmmədəli Qəribani Ərdəbilin iqtisadi çətinliklə üzləşən Muğan Dəri Zavodunun idarəsini Ermənistandan gələn mütəxəssislərə tapşırmışdı.


Son bir ay ərzində Ermənistanın daha iki sənaye şirkəti Ərdəbil vilayətində alüminium və beton zavodları təsis etmək məqsədilə fəaliyyətə başlayıblar.


«Tabnak» xəbər agentliyi bildirir ki, eyni vaxtda Abbas Lisaninin Ərdəbil zindanından Əhərə həbsxanasına aparılması təsadüfi deyil. Milli fəal və onun himayəçilərini məntəqədən uzaqlaşdırmaq yeni etiraz dalğasının ehtimalını azaltmaq məqsədi daşıyır.


Günün bütün mövzuları

XS
SM
MD
LG