Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Əli Kərimlinin kasasiya şikayətinə yanvarın 25-də baxılacaq


AXCP sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməsilə bağlı Ali Məhkəmədə kasasiya şikayətinə baxılması yanvarın 25-ə təxirə salınıb.


Əli Kərimlinin vəkili Elçin Qəmbərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, prosesin təxirə salınması qarşı tərəfin-Nəsimi Prokurorluğunun nümayəndəsinin məhkəməyə vəkilsiz gəlməsi səbəb olub.


2006-cı ildə keçmiş pasportun müddəti bitdikdən sonra Əli Kərimli yeni pasport almaq üçün DİN Pasport Qeydiyyatı İdarəsinə müraciət edəndə ona bildirilib ki, haqqında 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə hələ xitam verilmədiyindən ona pasport verilə bilməz.


Vəkil Elçin Qəmbərov deyir ki, qanunvericiliyə görə, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb. Elə bu səbəbdən də Əli Kərimli pasport ala bilmir. Partiya sədrinin müavini Həsən Kərimov deyir ki, bu əslində bu siyasi məsələdir. Bununla hakimiyyət 2008-ci il prezident seçkiləri ərəfəsində Əli Kərimlinin siyasi fəaliyyətinə əngəl törətmək məqsədi daşıyır.


Günün bütün mövzuları

XS
SM
MD
LG