Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Tovuzda müəllimlər aksiya keçiriblər


Aksiya iştirakçılarından üç nəfərin polis bölməsinə aparıldığı bildirilir

Aksiya iştirakçılarından üç nəfərin polis bölməsinə aparıldığı bildirilir

Yanvarın 18-i saat 11 radələrində Tovuzun Qovlar qəsəbəsindəki internat məktəbinin müəllimləri etiraz aksiyası keçiriblər. Müəllimlər Bakı-Qazax yolunu bağlamağa cəhd göstəriblər.


Valideyn və şagirdlərin də qoşulduğu aksiyada ümumilikdə 250 nəfərə qədər adamın iştirak etdiyi bildirilir. Qəsəbə sakinlərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb məktəbinin direktoru Elmira Tağıyevanın işdən azad edilməsi olub. Aksiyada iştirak edən müəllim və valideynlər bildirirlər ki, onlar rayon Təhsil şöbəsinin bu qərarını qərəzli hesab edirlər.


Məlumata görə, polis aksiyanın davam etməsinə imkan verməyib. Aksiya iştirakçılarından üç nəfərin polis bölməsinə aparıldığı bildirilir. Tovuz Rayon Polis idarəsindən isə hadisədən xəbərsiz olduqlarını bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG