Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:11

«Prezidentlər təkliflərimizi qəbul etsələr yaxşı olar»


Fasye deyir ki, əsas məsələ odur ki, təkliflərin özəyi dəyişməsin
Fasye deyir ki, əsas məsələ odur ki, təkliflərin özəyi dəyişməsin

Hər iki ölkə prezidentləri istər seçkidən əvvəl, istərsə də sonra təkliflərimizi qəbul etsələr yaxşı olar. Əsas məsələ odur ki, təkliflərin özəyi dəyişməsin. Bu bəyanatı Yerevandan Bakıya qayıdan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye verib.


Fasye bildirib ki, hazırda həmsədrlər sülh sazişinin detalları üzrə müzakirələri başa çatdırmağa çalışırlar. Onun fikrincə, qəbul olunacaq saziş bütün tərəflərin mövqelərini ifadə etməlidir.


Rusiyalı həmsədr Yuri Merzlyakov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesində iştirakı Azərbaycan dövlətindən asılı məsələdir. O, Ermənistanda olarkən bəyan edib ki, Qarabağın erməni icmasının danışıqlarda tərəf kimi iştirakı vacibdir.


Amerikalı həmsədr Metyu Brayza Yerevanda olarkən Azərbaycan-Türkiyə münasibətlərinə dair dediyi fikirlərin təhrif olunduğunu bildirib. Ermənistan mətbuatı yazıb ki, Brayza «bir millət iki dövlət» prinsipinin dəyişdirilməsini istəyir. «Mən belə söz deməmişəm. Bunu deməyə haqqımda yoxdur. Bu, Türkiyə və Azərbaycanın siyasətidir»-, deyə diplomat bildirib.


Minsk qrupu həmsədrlərinin regiona səfəri yanvarın 13-dən başlayıb. Onlar Bakıda, Yerevanda və Qarabağda olublar. Müzakirələri davam etdirmək üçün yanvarın 18-də yenidən Bakıya qayıdıblar. Diplomatların bu səfərlərində məqsəd Madriddə tərəflərə təqdim etdikləri sülh sazişinin detallarını müzakirə etməkdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG