Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:28

Siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin olunması xahiş edilir


Avropa Şurasının Baş qərargahı, Strasburq

Avropa Şurasının Baş qərargahı, Strasburq

Bir qrup müxalif siyasi partiya, QHT və KİV nümayəndələri Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin olunmasını xahiş edir. Bu haqda onların AŞ PA-nın Bürosuna ünvanladığı müraciətdə bildirilir.


Müraciət müəllifləri deyirlər ki, Azərbaycanda siyasi məhbuslar probleminin həlli üçün mövcud mexanizmlər səmərəli deyil: «Əfv fərmanlarının təcrübəsi göstərir ki, belə fərmanlar hakimiyyətin daha sərt münasibət göstərdiyi şəxslərə şamil olunmur».


Onların fikrincə, problemin həlli üçün yaradılmış İşçi Qrup da özünü doğrultmur: «İşçi Qrup adətən məruzəçilərin ölkəyə səfəri ərəfəsində toplaşıb və demək olar ki, heç bir nəticəyə nail olmayıb».


Ölkə rəsmiləri isə dəfələrlə siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin edilməsinə ehtiyac olmadığını bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG