Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:39

Fevralda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzvlərin qəbulu başlanır


2008-ci ilin fevralında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına namizədlərin irəli sürülməsi üçün ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcək. Bu haqda AzərTAc xəbər yayıb.


Prezidentin İcra Aparatından verilən məlumata görə, yığıncaqlarda insan hüquqları və demokratiya, ailə, qadın və uşaq, qaçqın, köçkün, əlil və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm və mədəniyyət, gənclər və vətənpərvərlik tərbiyəsi, səhiyyə, sağlamlıq və ekologiya, narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə sahələri üzrə ixtisaslaşmış QHT-lər iştirak edə bilər. Hər QHT yalnız bir ixtisaslaşmış qrup üzrə yığıncaqda bir nümayəndə ilə təmsil olunacaq


Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları fevralın 10-dək Prezidentin İcra Aparatına müraciət edə bilərlər.


XS
SM
MD
LG