Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Qənimət Zahidin məhkəməsində Sevgiladə Quliyeva ifadə verib


Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinir

Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinir

Yasamal Rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəmə prosesi davam edir.


APA-nın məlumatına görə, prosesdə Sevgiladə Quliyeva şahid qismində ifadə verib. O, Azərbaycan Nəşriyyatından qayıdarkən Q. Zahidin ona söz atdığını, buna görə V. Həsənovla aralarında dava düşdüyünü bildirib: «İşə düzəlmək üçün Vüsalla nəşriyyata getmişdik. Oradan qayıdarkən Vüsalın maşınından götürdüyüm gül əlimdə idi. Qənimət Zahid yanımdan keçəndə mənə söz ataraq «Əlindəki gül qədər gözəlsən» dedi. Buna görə də Vüsalla aralarında dava düşdü».


Azərbaycan Nəşriyyatında növbətçi olan polis əməkdaşı Gündüz Həsənov isə şahid qismində ifadəsində hadisənin şahidi olmadığını bildirib: «Növbədə olanda Qənimət Zahid yaxınlaşıb iki nəfərin onun üstünə düşdüyünü dedi. Onun pencəyinin bir qolu cırılmışdı».


Baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva «Media forum» saytına bildirib ki, Sevgiladə Quliyevanın istintaqa verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yaranıb. Jurnalistin vəkilləri bunu hakimin diqqətinə çatdırıblar.


A.Mürsəliyeva bildirib ki, bugünkü prosesdə ABŞ və Böyük Britaniya səfirliklərinin nümayəndələri, həminin millət vəkilləri Cəmil Həsənli, Pənah Hüseyn, AXCP sədri Əli Kərimli də iştirak ediblər. Zal kiçik olduğundan prosesi izləmək üçün az sayda jurnalist içəri buraxılıb.


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaq maddələri ilə ittiham olunurlar.


XS
SM
MD
LG