Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

Bu il əhaliyə verilən qazın qiyməti qalxmayacaq


İmkanlı adamlar qazpulunu verməsə, onların qazı fərdi şəkildə kəsiləcək

İmkanlı adamlar qazpulunu verməsə, onların qazı fərdi şəkildə kəsiləcək

Bunu «Azəriqaz» Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov deyib.


Onun sözlərinə görə, bunun üçün Tarif Şurasına müraciət olmayıb. Məlikov onu da bildirib ki, qış aylarında aztəminatlı ailələrin qazı kəsilməyəcək. Əlixan Məlikov bildirib ki, bu barədə prezidentin göstərişi var.


Amma bundan imkanlı adamların istifadəsinin qarşısını almaq üçün, «Azəriqaz» tədbir görməyə hazırlaşır. Belə ki, imkanı olanlar qazpulunu verməsə, onların qazı fərdi şəkildə kəsiləcək.


Əlixan Məlikov onu da deyib ki, Naxçıvana qazın ötürülməsi bərpa olunub. Bir müddət idi ki, Muxtar Respublikaya İrandan göndərilən qaz kəsilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG