Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

Rüşvət axtarışı


Semestr imtahanlarında yol verilən nöqsanlarla bağlı «qaynar xətt»ə cəmi 10 şikayət gəlib
Semestr imtahanlarında yol verilən nöqsanlarla bağlı «qaynar xətt»ə cəmi 10 şikayət gəlib

Təhsil Nazirliyi ali məktəblərdə qış imtahanlarında rüşvət hallarının aşkarlanması ilə bağlı apardığı yoxlamaları hələ başa çatdırmayıb. Tələbələrin qanun pozuntusu ilə bağlı nazirliyə müraciətlərinin sayı isə əvvəlki illərlə müqayisədə azdır. Bunu «Gün səhər» yazıb.


«Nazirlikdə deyirlər ki, əvvəlki illərdə semestr imtahanlarında yol verilən nöqsanlarla bağlı 30-40 müraciət daxil olurdusa, bu dəfə «qaynar xətt»ə cəmi 10 şikayət gəlib. Şikayətlərin hamısı imtahan zamanı müəllimlərin tələbələrdən rüşvət tələb etməsi ilə bağlıdır. Ancaq müraciətlərin hamısı anonim xarakter daşıdığından bu faktları dəqiqləşdirmək mümkün olmur.


Qəzet yazır qış imtahanlarında korrupsiya və digər pozuntu hallarının qarşısının alınması üçün aparılan monitorinqlərdə korrupsiyaya qarşı işçi qrupu ilə yanaşı qeyri-hökumət təşkilatları da iştirak edir. Şikayətlərin operativ şəkildə araşdırılması üçün ali məktəblərdə imtahan qərargahları da yaradılıb. İndiyədək Dövlət Neft Akademiyası, Pedaqoji Universitet, Bakı Dövlət Universitetlərində monitorinqlər keçirilib. Ancaq bu yoxlamalarda heç bir korrupsiya faktı aşkarlanmayıb. Əksinə, imtahan zamanı tələbələrin köməkçi vasitələrdən istifadəsinə dair neqativ hallar təsdiqlənib. Monitorinqlərin tam nəticələri isə yanvarın sonu-fevralın əvvəlində açıqlanacaq.


İlham Əliyevin cəbhəyə qəfil səfəri müharibəyə hazırlıqdırmı? «Yeni Müsavat» bu sualla siyasətçilərə və ekspertlərə müraciət edib.


Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bu səfərin elə də əlahiddə missiya daşımadığını söyləyib: «Dövlət başçısı bir çox rayonlara, o cümlədən cəbhə bölgəsinə səfərlər edir. Bu baxımdan səfərin nəsə bir əlahiddə məna kəsb etdiyini düşünmürəm. Bundan əlavə dövlət başçısının ordunun baş komandanı kimi hərbi hissələrə baş çəkməsini də normal hal hesab edirəm».


İstefada olan polkovnik Üzeyir Cəfərov açıqlamasında hərbi əməliyyatların bərpa ediləcəyinə inanmadığını söyləyib: «Hərbi əməliyyatların başlayacağı barədə xəbərlərə ciddi yanaşmıram. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır və bizim müharibəyə başlamağa daha çox mənəvi haqqımız çatır, lakin hakimiyyətin müharibəyə başlayacağı inandırıcı görünmür. Dövlət başçısının cəbhə bölgəsinə səfərləri nadir hallarda baş verir. İlham Əliyev eyni zamanda Silahlı Qüvvələrin Baş Komandanıdır. Hesab edirəm ki, baş komandan kimi mütəmadi olaraq hərbi hissələrə baş çəkməlidir».


«Üç nöqtə» yazır ki, MSK-a üzvləri üçün kurslar keçiriləcək. MSK sədri Məzahir Pənahov hazırda yerlərdə seçki siyahılarının dəqiqləşdirilməsi prosesinin getdiyini vurğulayıb: «Bu proses fevralın 5-nə kimi məntəqə seçki komissiyalarında yekunlaşdırılıb, DSK-lara təqdim edilməlidir. Martın 5-nə kimi isə DSK-lar dəqiqləşdirməni aparmalı və aprelin 5-nə qədər MSK-ya təqdim etməlidir. Azərbaycanın seçici siyahıları beynəlxalq standartlara cavab verir və orada olan texniki problemlər heç bir faiz də təşkil etmir. Halbuki, dünyada seçici siyahılarında 2-3 faizədək problem normal hal kimi qəbul edilir».


İqtidaryönlü «Səs» qəzeti Heydər Əliyev Fondunun ölkənin həyatında çox fəal iştirak etməsi barədə geniş məqalə dərc edib.


«Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir, bütövlükdə respublikamızın ictimai həyatında fəal iştirak edir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG