Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Qaz sızması deputatın oğlu və qaynının ölümünə səbəb olub


Deputat Fazil Qəzənfəroğlunun özü isə hazırda Böyük Britaniyada səfərdədir
Deputat Fazil Qəzənfəroğlunun özü isə hazırda Böyük Britaniyada səfərdədir

Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlunun 9 yaşlı oğlu Elçibəy və qaynı qaz sızması nəticəsində boğularaq ölüb. Xəbəri «Turan» yayıb.


Xəbərə görə, hadisə Bakıxanov qəsəbəsi sarayı yaxınlığında deputata məxsus şəxsi evdə baş verib. Mənbə bildirib ki, hadisə axşam saatlarında olub və hamamda qaz sızması iki nəfərin həyatına son qoyub.


Dəfnin bu gün olacağı gözlənilir. Deputat Fazil Qəzənfəroğlunun özü isə hazırda Böyük Britaniyada səfərdədir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG